Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Tarix yazan Prezidentimiz

0

  •         Hər
    bir vətəndaş, böyükdən-kiçiyə Prezidentin xalqa müraciətini, çıxışını qürur
    hissi ilə izləyir. Bəli, bu gün Azərbaycan cəmiyyəti səfərbərdir. Biz haqq
    yolunda fəaliyyəti davam etdirməliyik. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan
    özünün haqq işini davam etdirir. Silahlı Qüvvələrimiz hər məqamda mənfur düşmənin
    layiqli cavabını verirlər. Cənab Prezidentimiz xalqa müraciəti zamanı qeyd etdi
    ki, Ermənistanın bu höküməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması
    perspektivləri çox uzaqdır. Artıq bu gün status – kvo mövcud deyil. Təmas xətti
    də yoxdur. Cənab Prezidentimiz hər gün işğaldan azad edilmiş yaşayış məntəqələrinin
    siyahısını doğma xalqına çatdırır. Və O, vurğulayır ki, baxmayaraq o kəndlərdən
    bir şey qalmayıb, eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin
    də buna gücü çatacaq. Təki torpaqlarımız azad olunsun. Təki bayrağımız işğaldan
    azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin canı – qanı bahasına
    bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik.
    Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik.
    Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə
    bilməz. Çünki haqq yolundayıq, haqq savaşındayıq, yumruq kimi birik. Bu birlik əbədidir
    və əbədi olacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

    Sevda
    Məmmmədova,

    Xocalı
    rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəin Azərbaycan dii və ədəbiyyat müəllimi



     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib46 dəfə
    Tarix yazan Prezidentimiz

    Maraqlı gələ bilər
    135
    53
    50